<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>462</hymn_number>
<lyrics>[V1]
 İsa, mənim Rəbbim, əziz Allahım,
 Sənsən mənim həyatım, Xilaskarım.
 Səni gözləyirəm, Səni səsləyirəm, Səni istərəm.

[C1]
   Sənsən insanlarçün canını verən,
   Sənsən insanlara həyat bəxş edən.
   Bağışla, Qanınla yu, qardan ağ et, təmizlə bizi.

[V2]
 Göydə, Yerdə səlahiyyət Sənindir,
 Göyün də, Yerin də Rəbbi Sən.
 Sənə insanlar hesabat verəcəkdir Hökm günündə.

[C2]
   Sən mülayim, yaxşı, sadiq Çobansan,
   Sürülərin qayğısına qalansan.
   Qoru sürülərin, güd quzuların, yaxşı Çobanım.

[V3]
 Həyat, həqiqət, yol ancaq Səndədir,
 Göylərə aparan doğru yolsan.
 Aç həqiqətini, göstər sən Nurunu bəndələrinə.

[C3]
   Sən ədalətli Rəbb Allahsan,
   Sənin hökmlərin doğru və düzgün.
   Sənə yalvarırıq, rəhm et bizlərə, qoru Sən bizi.</lyrics>
<title>İsa, mənim Rəbbim, əziz Allahım İL462</title>
</song>